Almaniya hökumətindən Hüseyn Abdullayevlə bağlı ŞOK qərar - EKSKLÜZİV

Sabiq deputat deportasiya oluna bilər

AzNews.az uzun müddətdən bəri mətbuatda barəsində heç bir məlumat yayılmayan Hüseyn Abdullayevlə bağlı ilginc məlumat əldə edib. Belə ki, hazırda Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayevin immiqrant statusu almaq üçün etdiyi müraciətə rədd cavabı verilib.

AzNews.az-ın H.Abdullayevin yaxınlarından əldə etdiyi məlumata görə, Almaniya hökuməti ona immiqrant statusu verməkdən imtina edib. İmtinanın səbəbləri açıqlanmasa da, bu qərar sual doğurur. Belə ki, Almaniya qanunvericiliyinə əsasən bu ölkədə 500 min avro və ya daha çox sərmayə qoyan şəxslərə immiqrant statusu verilir. H.Abdullyevin Almaniyada bu qədər sərmayə yatırmağa imkanı olsa da, müraciətinin rədd edilməsi xeyli təəccüblüdür.

İndiki halda Hüseyn Abdullayevi ölkədən deportasiya edilərək, Azərbaycana təhvil verilmək təhlükəsi gözləyir. Bu vəziyyətlə üzləşməmək üçün H.Abdullayevin Almaniyada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.

Məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyik.

Elnarə
AzNews.az