Braziliyanın Baya ştatında baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. "İTAR TASS"ın verdiyi xəbərə görə, federal əhəmiyyətli magistral yolda avtobus ilə yük maşını toqquşub. Avtobusun ciddi deformasiyaya uğradığı bildirilir.
Hadisə yerində xilasedicilər çalışır. Polis qəzanın səbəblərini araşdırır.