Qırıcının pilotu həlak oldu


AzNews.az Lenta RU - ya istinadən xəbər verir ki, Finlandiyada iki qırıcı təyyarə toqquşub. Pilotlardan biri həlak olub, obiri pilot isə sağ tapılaraq qospitala yerləşdirilib. Xilasedicilər hər iki təyyarənin qalıqlarını tapıblar.
BAE Hawk qırıcı təyyarələri fin Hərbi Hava Qüvvələrinin yay məktəbi yerləşən Kauxava şəhərinin şimalında, Lestiyarvi və Perxo rayonlarının ərazisində toqquşublar. Təyyarələrdən biri Linyaxaryu kəmərinə, ikincisi isə bataqlıq ərazisinə düşüb. Hər iki pilot qəza zamanı katapultasiya ediblər.
Britaniya kompaniyası BAE Svstems tərəfindən yığılan Hawk təyyarəsi təlim-məşq sinfinə aiddir. 1955-ci ildən bəri bu cür qırıcılar 7 dəfə qəzaya uğrayıb, axırıncı qəza 2006-cı ildə olub.

AzNews.az