- Köhnə - Hadisə
- 19 Noyabr 2013 12:24
- 4 567
Təmir zamanı avtomobil yandı, yaralı var

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonu Daş Karxanası küçəsindəki avtomobil təmiri sexində, orada işləyən Ucar rayon sakini Ruzigar Əlizadə Kəlbəcər rayon sakini Vüqar Əmiraslanovun "Toyota" markalı avtomobilində təmir işləri apararkən qısa qapanmadan yanğın baş verib.
Avtomobil tam yanıb, R.Əlizadə xəstəxanaya yerləşdirilib.
AzNews.az