“Jasmine”-də əxlaqsızlıq yuvası aşkarlandı

Bakının mərkəzindəki otellərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

AzNews.az xəbər verir ki, fakt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı keçirdiyi əməliyyat tədbirləri nəticəsində ortaya çıxıb.

Məlumata görə, əxlaqsızlıq yuvası Nərimanov rayonundakı "Jasmine" otelinin işçisi, Bakı şəhər sakini Kənan Paşayevə məxsus olub.

Faktla əlaqədar araşdırmalar aparılır.

AzNews.az