“Polis gəlib xəbərdarlıq edib, getdi” – İlqar Cahangir (Yenilənib)

"Mən indi yoldayam, məşqə gedirəm".


Bunu AzNews.az-a aktyor İlqar Cahangir dedi. Onun sözlərinə görə, haqqında yayılan həbs xəbəri və "Oda" Teatrının bağlanması şayiədən savayı bir şey deyil:

"Bu yanlış xəbərdir. Nə polis, nə həbs? Sadəcə qonşular bizim məşq prosesimizdən şikayət ediblər. O şikayətə görə gəldilər, yoxladılar, dedilər ki sakitliyə riayət edin, vəssalam".

Xatırladaq ki, bir az əvvəl aktyor İlqar Cahangirin həbs olması və "Oda" teatrının bağlanması xəbəri yayıldı. Yayılan məlumatda onunla yanaşı daha iki nəfərin-Elvin Bədəlov, Nihat Qulamzadənin də həbs olunması deyildi.

Bahar Rüstəmli
AzNews.az


***
13:37

"Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını bu gün polislər bağlayıb.


Polislər ətrafda yaşayan insanların şikayəti əsasında məkanı bağladıqlarını bildiriblər.

Polislərin məkanı bağladıqları zaman polislərlə teatrın aktyorları arasında mühabisə yaranıb.

Nəticədə "Oda" teatrının rəhbəri əməkdar aktyor İlqar Cahangir, teatrın gənc aktyorları Elmin Bədəlov, Nihat Qulamzadə həbs edilərək polis bölməsinə aparılıblar.

Nəsimi Rayon polis bölməsinin növbətçisi isə açıqlamasında bu barədə onlarda heç bir məlumatın olmadığını bildirdi.(qaynarinfo)