- Köhnə - Hadisə
- 25 Noyabr 2013 12:05
- 3 854
Zaqatalada güllələnənlərin kimliyi məlum oldu- Yenilənib
Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə zamanı öldürülən üçüncü şəxs Bakı şəhər sakini Vüqar Natiq oğlu Rəcəbovdur.
APA-nın əldə etdiyi məlumata görə, hadisə törədən şəxslər ağ rəngli "VAZ-2107" markalı avtomobildə olublar. Hadisədən sonra onlar ərazidən uzaqlaşıblar.
Atəşə tutulan avtomobildən 1 ədəd "Makarov" tipli tapança və narkotik tapılıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
10:24
Azərbaycanın Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.
Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.
Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb.
Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.
Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
***
24.11.2013
Zaqatala rayonunda silahlı insident baş verib.
APA-nın məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb.
Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.
Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
AzNews.az