Sürücülərin nəzərinə: Daha bir yol təmirə bağlandı

Bakıda daha bir yol təmir işlərinə görə bağlandı.


AzNews.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Nəcəfqulu Rəfiyev küçəsində (Babək prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranıb.

Həmin istiqamətdə hərəkət edən sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur.

AzNews.az