Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Sabiq millət vəkili Gülər Əhmədovanın bu gün saat 10.30-a təyin edilmiş məhkəməsi hələ də başlamayıb.

Ötən dəfəki prosesdə sağlıq durumunda problem yaranan və həkimlərin müdaxiləsinə düçar olan G.Əhmədovanın halı bu gün də, məhkəmədən bir az öncə pisləşib, həkimlər ona yenidən tibbi yardım göstəriblər.

Məhkəmənin başlanmasının gecikməsini bununla izah edən məhkəmə personalı jurnalistlərə prosesin saat 12-də başlanacağını bildiriblər.

Ancaq sonra elan edilib ki, məhkəmə bu gün davam etdirilməyəcək, ona görə ki, G.Əhmədovanın vəkili Masallıya yas yerinə gedib.

Beləliklə, sözü gedən məhkəmə prosesi sabah saat 10.30-da davam etdiriləcək.(musavat.com)