Rusiya Xarkova hücum edib, 16 nəfər xəsarət alıb

Rusiya ordusu Xarkova raket zərbəsi endirib, nəticədə 16 nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.

O bildirib ki, hazırda əlaqədar qurumlar ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirir.

Xarkovun meri İqor Terexov isə bildirib ki, raket hücumu yaşayış binasını hədəfə alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.