Sabiq nazir Məhəmməd Əsədovun oğlu vəfat edib

Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri mərhum Məhəmməd Əsədovun ailəsinə ağır itki üz verib.

AzNews.az Haqqin.az-a istinadla xəbər verir ki, bu gün sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib.

Azərbaycan Respublikasının dövlət xadimi, general-mayor Məhəmməd Əsədov 1990-1991-ci illərdə Azərbaycanın daxili i̇şlər naziri, 1991-ci ildə Azərbaycan Prezidentinin müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri olib.

Məhəmməd Əsədov 1991-ci il noyabrın 20-də Qarabağda törədilmiş terror aktı nəticəsində helikopter qəzasında faciəvi şəkildə həlak olub.

AzNews.az