- EKONEWS
- 16:08
- 5 992
Bu rayonda qar dizə çıxdı, hündürlüyü bir kənddə 43 sm-ə çatdı
Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.
Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.
Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir.
Məlumata görə, Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb.
Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir.
AzNews.az