Qaz sayğaclarına pul yükləmək olmur: "Azeriqaz" susqunluğunu pozdu

Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib.

Məsələ ilə bağlı "Azəriqaz" İB açıqlama verib.

Açıqlamada qeyd edilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur: Müraciət sayının çox olmasından müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparır".

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.

Problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.

“Azəriqaz” abonentləri qeyd edir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.

Məsələ ilə bağlı "Mpay" QSC açıqlamasında bildirib ki, hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: “Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".

AzNews.az