“Neft Daşları“ yatağında yeni quyu qazılır

Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən "Neft Daşları" yatağındakı 2150 nömrəli meydançadan 2159 nömrəli quyunun qazma işlərinə başlanılıb.

AzNews.az ARDNŞ-nin saytına istinadən xəbər verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1550 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

AzNews.az