- Köhnə - Hadisə
- 28 Noyabr 2013 09:28
- 2 857
Rusiyaya məxsus gəmi qəzaya uğradı- Xəzərin sahillərində
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib.
Hadisə ilə bağlı FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
AzNews.az