- Köhnə - Hadisə
- 14 Dekabr 2013 10:25
- 2 672
Abşeronda partlayış: üç nəfər yaralandı

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə qeydə alınıb.
Yanğınla nəticələnən partlayış baş nəticəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.
Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın səhər saat 09:03-də söndürülüb.
Qeyd edək ki, ötən gün də Abşeronda iki yaşayış evində təbii qaz sızmasından partlayış olub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
AzNews.az