- Köhnə - Hadisə
- 14 Dekabr 2013 12:32
- 1 952
Goranboyda avtoqəza: 2 ölü

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 13-ü saat 21 radələrində Goranboy rayonu Abasqulular kəndinin ərazisində qeydə alınıb.
Xocalı rayon sakini Sübhi İsmayılov idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini Ziyadxan Kərimov aldıqları xəsarətdən dünyasını dəyişiblər.
AzNews.az