Gəncədə mağaza və kafedə yanğın baş verib

Gəncə şəhərinin Şeyx Bahəddin küçəsində antik əşyalar satılan mağaza və kafe yanır. APA-nın qərb bürosunun verdiyi məlumata görə, mərkəzi bazara bitişik mağazada və kafedə yanğın saat 16:35 radələrində başlayıb. Yanğının söndürülməsinə 6 yanğınsöndürmə maşını cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.



AzNews.az