- Köhnə - Hadisə
- 17 Dekabr 2013 15:27
- 2 776
Qusarda avtomobil ağaca çırpıldı: yaralı var
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qusar şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən sıxılmış avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az