Bir neçə avtomobil toqquşdu, “Mercedes“ aşdı

Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. Trend-in məlumatına görə, prospektin əsas yolunda bir neçə avtomobil toqquşub. Həmçinin, "Mercedes" markalı avtomobil aşıb.

Nəticədə yolda tıxac yaranıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.


AzNews.az