Bakıda polis maşını yandı

Bakıda minik maşını qəzaya uğrayaraq alovlanıb.

AzNews.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, aeroport-Zığ yolunda "Mersedes-C-klass" markalı avtomobil buzlu yolda sürüşərək, yolun qırağındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobil alovlanıb. Hadisə şahidləri bildirirlər ki, avtomobilin sürücüsü polis nəfəridir.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürən avtomobillər hadisə yerinə çatmaq üzrədir.

AzNews.az