- Köhnə - Hadisə
- 3 Fevral 2014 09:42
- 3 229
Bakıda bir nəfər donaraq öldü

Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən anpress-ə verilən məlumata görə, Xanlar küçəsi 24 ünvanın küçədən donmuş qadın meyidi tapılıb.
Qadının kimliyini araşdıran zaman məlum olub ki o, həmin ərazidə küçədə yaşayırmış. Onun 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib. Qadın küçədə tüfeyli həyat tərzi keçirib, spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az