- Köhnə - Hadisə
- 4 Fevral 2014 12:05
- 2 700
Türkiyəli sürücü qəza törətdi: ölən var

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 4-də gecə saat 1:00 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Türkiyə vətəndaşı Kenan Kazmaçı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.
AzNews.az