“Fiat Ducato“ ilə “Lada Larqus“ toqquşub - 3 ölü, 2 yaralı

İdmançı şagirdlər təlim - məşq toplantısina gedirmişlər.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ağır yol qəzası bu gün - 4 fevralda Tatarıstanın Sabinsk rayonunda baş verib. Yerli vaxtla 16.20 - də "Kazan - Şemordan" avtomagistralının 104 - cü kilometrliyində "Fiat Ducato" ilə "Lada Larqus" toqquşub.

Zərbənin təsirindən yeli markalı avtomobildən bükülmüş metal parçası qalıb, mikroavtobus isə yol kənarındakı küveytə uçub və çevrilib.
Sifariş edilmiş avtobusda təlim - məşq toplantısına gedən 1998 - 1999 - cu il təvəllüdlü 8 idmançı və 2 nəfər onların məşqçisi olub.

Şagirdlərdən 13 yaşlı biri və 46 yaşlı kişi ağır travma ilə yerli xəstəxanalardan birinə yerləşdirilib.

Mikroavtobusun çox ciddi zədə almasına baxmayaraq "Lada"ya nisbətən onun sərnişinləri üçün nisbətən yaxşı qurtarıb.

"Lada"nın sürücüsü və iki sərnişini yerindəcə keçiniblər.

İlkin məlumatlara görə qəzaya yerli istehsal olan avtomobilin sürücüsü səbəb olub. O sürət həddini aşaraq içərisində uşaqülar olan maşının yoluna çıxıb.

Əli
AzNews.az