“Azəriqaz”dan Müşfiqabaddakı aksiya ilə bağlı AÇIQLAMA


"Azəriqaz" İstehsalat Birliyi Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki aksiya ilə bağlı açıqlama verib.

İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev AzNews.az-a bildirilib ki, magistral xətlərdə problem bir neçə gün əvvəl yaranıb. Bu səbəbdən Bakının bir sıra kənd və qəsəbələrində olduğu kimi, Müşfiqabad qəsəbəsinin qaz təchizatında da problemlər baş verib.

Bununla bağlı "Azəriqaz" İB əhaliyə əvvəlcədən xəbərdarlıqda edib. Onun sözlərinə görə, hazırda Müşfiqabad qəsəbəsinin qaz təminatında heç bir problem yoxdur:

"Bu gün Bakı şəhəri ərazisində, o cümlədən Abşeronun hər hansı yaşayış məntəqəsində qazdan istifadə ilə bağlı heç bir məhdudiyyət tətbiq edilməyib". Müşfiqabad qəsəbəsinin sakinlərindən isə AzNews.az-a bildirilib ki, aksiya bu gün deyil, fevralın 2-də keçirilib.

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində Müşfiqabad qəsəbəsinin sakinləri tərəfindən Bakı-Şamaxı yolunu bağlanması haqda məlumat yayılıb, o cümlədən hadisə yerindən foto da paylaşılıb. Məlumatda o da bildirilib ki, aksiyaya səbəb qarlı-şaxtalı havada qaz və istilik sistemində yaranan fasilə olub.

Amid
AzNews.az