Elgiz Əkbər: “...mən belə qələt eləmişəm”


"Mən bundan çox təəccüblənmişəm və dəhşətə gəlmişəm".


Bunu AzNews.az-a tanınmış aparıcı Elgiz Əkbər deputat Astan Şahverdiyevin aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevi reket jurnalist adlandırması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Aparıcının sözlərinə görə, hələ ki millət vəkilini məhkəməyə vermək fikrində deyil:

"Amma mən ondan xahiş edirəm, əgər mənim reketliyimlə bağlı əlində bir sübut varsa, çıxarsın ortaya. O məni məhkəməyə versin, ictimailəşdirsin. Mən də gəlim məhkəmə qarşısında cavab verim. Xalqa cavab verim ki, niyə mən belə qələt eləmişəm. Mən ictimaiyyətin tanıdığı şəxsəm. Hamının diqqət mərkəzindəyəm. Heç bir fakta əsaslanmadan məni "reket" adlandırmaq nə dərəcədə doğrudur? Məncə, bir millət vəkilinə belə açıqlama ilə çıxış etmək yaraşmaz".

Bahar Rüstəmli
AzNews.az