Şamaxılılar təşviş içində: Evlərini tərk edənlər var

Şamaxı İH: "Zəlzələdən dəyən ziyanı araşdırır"


Şamaxıda zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya yaradıldı.

Bunu AzNews.az-a açıqlamsında Şamaxının baş memarı, Rayon İcra Hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri Sərxan İsmayılov deyib.

O bildirib ki, rayon ərazisində zələlənin təkanları daha çox hiss olunduğundan, təşvişə düşən rayon sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Baş memar qeyd edib ki, hazırda dağıntılar və əhaliyə dəymiş ziyanın araşdırılması üçün rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tərəfindən müvafiq göstərişlər verilib:

"İcra Hakimiyyəti tabe qurumların xətti ilə dəyən ziyanı araşdırır. Hələ ki, ölüm və dəymiş ziyanla bağlı icra hakimiyyətinə məlumat daxil olmayıb".

Xatırladaq ki, AMEA-nın Seysmoloji Xidmət Mərkəzi bu gün ölkə ərazisində qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 16:06:49 Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Məlumat üçün bildirək ki, AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alındığını bildirib.

Zəlzələ episentrdə 6 bala yaxın hiss olunub.

Amid
AzNews.az