- Köhnə - Hadisə
- 12 Fevral 2014 14:46
- 3 003
İlham Əliyev Əlcəzair prezidentinə başsağlığı verdi

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".
AzNews.az