Meydan TV- nin ofisinə hücum edildi- Video

Fevralın 22-dən 23-ə keçən gecə, saat 5-6 radələrində Meydan Tv`nin Berlindəki ofisinə naməlum şəxslər tərəfindən hücum olub. İnşaatda istifadə olunan kərpic daşla ofisin qapı və pəncərələri sındırılıb.

Hələlik Berlin polisi hadisənin kimlər tərəfindən həyata keçirildiyi haqqında heç bir məlumata sahib olmadığını bildirib.

Qeyd edək ki, keçən həftə Almaniyanın ən populyar media orqanlarından biri "Zeit" qəzetində Azərbaycan hökümətinin Humbolt universitetinin "Azərbaycan tarixi" kafedrasının professor ştatına Berlindəki səfirliyimizin 75 min avro ianə edilməsi ilə bağlı məqalə dərc olunub. Qəzet vurğulayır ki, kafedranın təşkil etdiyi tədbirlərə qonaqlar, ziyalılar, elm adamları və ən əsası Azərbaycan televiziyaları dəvət olunur amma burdan bura Berlində Meydan Tv`ni dəvət etmirlər.

"Zeit" qəzeti bununla bağlı Meydan TV`nin rəhbəri Emin Millinin münasibətini öyrənib. Emin Milli qeyd edib ki, - "Bu layihə İlham Əliyevin Avropada apardığı starategiyaya və özünə müasir imic yaratmaq istəyinə uyğundur. Bu bir diktaturanın propaqandasıdır".

Hal-hazırda alman polisi bütün bu faktların bir-biriylə bağlı olub-olmaması haqqında araşdırma aparır.(musavat.com)




image description image description image description image description