- Köhnə - Hadisə
- 25 Fevral 2014 09:46
- 6 363
Yanukoviçin rektoru da qovuldu – Ukraynada təhsil böhranı yaranır (VİDEO)

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, artıq ölkənin bəzi iri təhsil müəssisələrində tələbə və müəllim heyəti keçmiş hökumətə bağlı olan rektorların işdən azad olunması tələbi ilə çıxış edirlər. Boqomoliça adına Ukrayna Milli Tibb Universitetinin tələbələri isə daha da irəli gedərək, ali məktəb daxilində inqilab ediblər.
Belə ki, tələbələr adı korrupsiyada hallanan universitetin rektoru Vitaliy Moskalenkonun işdən çıxarılmasına nail olublar. Vəzifəsindən istefa vermək istəməyən V. Moskalenko tələbələrin sərt təzyiqi ilə üzləşdikdən sonra bu qərarı vermək məcburiyyətində qalıb. Belə ki, universitetin həyətinə davamlı aksiya keçirən tələbələr daha sonra rektorun iş otağına hücum edərək, V. Moskalenkonun kabineti təcili şəkildə tərk etməsini tələb ediblər. Çarəsiz qalan V. Moskalenko tutduğu vəzifədən istefa verdiyini bəyan edib. Rektorun vəzifəsini icra edən şəxsin də addımları tələbələri qane etməyib.
Hazırda "ikihakimiyyətli"liyin mövcud olduğu ali məktəbdə tələbələr etiraz aksiyasını davam etdirirlər.
Yerli mətbuatın yazdığına görə, belə hallar başqa ali məktəblərdə də müşayiət olunur. Ekspertlər hesab edir ki, ali məktəblərdəki bu "iki hakimiyyətlilik" təhsil prosesinə ciddi zərbə vurur.
Məhəmməd


