Bakıda kafe yandı

Bakı şəhərində kafe yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan obyektdə meydana gəlib.

Taxta konstruksiyalardan ibarət kafe tamamilə yanıb. Yaxınlıqdakı "Hyundai" markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzNews.az