Paytaxtda 90 yaşlı qadının meyiti aşkarlanıb

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü Vutorseva Nina Qriqoryevna və 1951-ci il təvəllüdlü Vutorseva Alevsina Aleksandrovna köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən Vutorseva Alevsina Aleksandrovna huşsuz vəziyyətdə aşkarlanıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində onun vəfat etdiyi müəyyən edilib.
Digər zərərçəkmiş qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az