Şahbaz Xuduoğlu istintaqa çağırıldı


"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bu gün istintaqa ifadə verəcək. AzNews.az-ın verdiyi məlumata görə, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xudoğlu Vergilər Departamentinin istintaq idarəsinə çağırılıb. Məlumata görə, o, bu gün saat 2-də istintaq idarəsində olmalıdır.

Xatırladaq ki, ötən il noyabrın 1-də Vergilər Nazirliyi tərəfindən "Qanun" nəşriyyatında yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində "Qanun" nəşriyyatı 150 min manat cərimə edilib və nəşriyyatla əməkdaşlıq edən tanınmış şair, yazıçı və tərcüməçilər, eləcə də nəşriyyatın əməkdaşları istintaqa cəlb olunur.

AzNews.az