- Köhnə - Hadisə
- 10 Mart 2014 11:05
- 2 378
İsa Qəmbərin müavinləri saxlanıldı

Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin", - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: "Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar".
Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.
AzNews.az