- Köhnə - Hadisə
- 11 Mart 2014 09:29
- 2 083
Keçmiş məhkumdan xeyli miqdarda narkotik götürüldü

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Həsənovdan 570 qram tiryək götürülüb. Onun kirayənişin yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.
Qeyd edək ki, Nizami Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az