- Köhnə - Hadisə
- 15 Mart 2014 09:19
- 1 819
Lənkəranda 4 uşaq atasının meyiti tapıldı

APA-nın cənub bürosunun xəbərinə görə, meyit bu gün səhər saatlarında Lənkəran şəhərindəki Peşə Liseyinin yaxınlığında aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlum olub ki, meyiti tapılan şəxs Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü İlham Algül oğlu İbrahimovdur. Onun yanında şpris aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə-tibb ekspertizasına aparılıb. Ölümün dəqiq səbəbləri ekspertizadan sonra açıqlanacaq.
Mərhumun 4 övladının olduğu bildirilir.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.
AzNews.az