- Köhnə - Hadisə
- 19 Mart 2014 16:55
- 3 540
Şamaxıda beş avtomobil toqquşdu: yaralılar var

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Şamaxı rayonu ərazisində, Acıdərə yolunda qeydə alınıb.
Beş avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında xeyli sayda yaralının olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.
AzNews.az