- Köhnə - Hadisə
- 23 Mart 2014 17:29
- 2 063
Masallıda güclü partlayış - 1 ölü, 2 məktəbli yaralı

Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.
Güclü partlayış nəticəsində qaynaqçı ölüb.
Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.
AzNews.az