- Köhnə - Hadisə
- 23 Mart 2014 20:51
- 1 855
Binəqədidə ikimərtəbəli ev yanıb

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsinin bir otağında 2 ədəd çarpayı, yataq dəsti və digər otaqda 1 ədəd divan yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.
AzNews.az