"Artıq təngə gəlmişəm" - Amaliya Pənahovadan oğurluq xəbərinə reaksiya

Xalq artisti Amaliya Pənahova Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girməsi ilə bağlı xəbərə münasibət bildirib. AzNews.az-a açıqlama verən aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Bayaqdan hamı buna görə mənə zəng vurur. Artıq təngə gəlmişəm. Yalan xəbərdir".

Qeyd edək ki, xalq artistinin evinə oğru girməsi ilə bağlı xəbəri lent.az saytı yaymışdı.

İntiqam Valehoğlu