- Köhnə - Hadisə
- 10 Aprel 2014 13:13
- 2 073
10 abituriyent sınaq imtahanından xaric edildi
Komissiyadan Trend-ə verilən məlumata görə, sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.
Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.
AzNews.az