"Yurd TV" hansı televiziyaya birləşdirilir? -Təfərrüatlar

Xəbər verdiyimiz kimi, "Yurd TV" internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə Movqe.az-a "Yurd TV"-nin adının çəkilməsini istəməyən əməkdaşı əməkdaşı bildirib ki, dünən axşam tv-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv Region tv-yə birləşdirilir: "Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər ixtisarlar da olacaq".

Həmçinin "Yurd tv"nin əməkdaşı iki aya qədər region tv-nin internet tv kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.


AzNews.az