Bakıda avtomobil oğruları saxlanıldı

Bakıda avtomobil oğruları saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 10-na keçən gecə Biləcəri qəsəbəsində yaşayan Bəxtiyar Həziyevə məxsus "VAZ-2107" markalı avtomobil evinin qarşısından qaçırılb.

DİN BCAİ, Sabunçu RPİ və Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri Amin Xıdırov və Əli Məmmədov tutulub, avtomobil A.Xıdırovun yaşadığı Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsindəki həyətdə saz vəziyyətdə aşkar edilib.

AzNews.az