Yanan kafenin görüntüləri yayıldı - FOTO

Bu gün səhər saatlarında Milli Parkda yanan kafenin yeri boş qalıb. Bunu ordan çəkilən fotolarda da aydın görmək olar.

Yanğın baş verən kafenin yerinin təmizlənməsi və yenidən yerində kafe tikilməsi üçün fəhlələr işə cəlb olunub. Artıq kafenin yerində qalan əşyalar tamamilə təmizlənib.

Xatırladaq ki, hadisə aprelin 12-də səhər saat 05:00 radələrində baş verib. Belə ki, Dənizkənarı Milli Parkda Hökumət Evi ilə üzbəüz "Sevgilim" adlı kafe yanaraq külə dönüb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunsa da, nəticəsi olmayıb. Kafe içərisindəki ləvazimatlarla birlikdə tamamilə yanıb. İlkin ehtimala görə, kafenin yanmasına səbəb qısaqapanma olub. Kafenin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus olduğu bildirilir.(Musavat.com)
image description image description image description image description image description image description