“Şollar” şirkəti məhkəməyə verildi

Azərbaycanın məşhur "Şollar" brendi ilə su istehsal edən "Shollar Bottling Company" LTD şirkəti borca görə məhkəməyə verilib. Femida.az xəbər verir ki, məşhur şirkət qarşısında iddianı "Bakpet" MMC qaldırıb.
İşə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Bakpet" MMC su, yağ və sair qabların istehsalı və satışı ilə məşğuldur. "Shollar Bottling Company" LTD şirkəti də su butulkalarını "Bakpet" MMC-dən alır.

AzNews.az