Oqtay Şirəliyev baş həkimi işdən çıxardı

Səhiyyə naziri Oqtay Şirəliyev Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimini vəzifəsindən kənarlaşdırıb.

AzNews.az-a daxil olan məlumata görə, baş həkim Fəxrəddin Əkbərovun vəzifəsindən çıxarılmasının dəqiq səbəbi bilinməsə də, güman edilir ki, bu, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təqdimatı əsasında baş verib. Çünki, son vaxtlar başçı ilə baş həkim arasında münasibətlər sərin olub. .

Qeyd edək ki, Fəxrəddin Əkbərov bu vəzifəyə iki il əvvəl təyin olunmuşdu. Hələlik isə onun yerinə təyinat yoxdur.

AzNews.az