Bakıda kişinin başına göydən daş düşdü

Bakıda baş nahiyəsindən ağır xəsarət almış şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu, Nərimanov prospektindən xəstəxanaya gətirilən 1974-cü il təvəllüdlü Abutalıbov Elman Mübariz oğlunun başında küt xəsarətlər aşkarlanıb.

İlkin məlumata görə, 40 yaşlı E.Abutalıbov binanın qarşısından keçərkən onun başına divardan qopmuş bərk cisim düşüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az