- Köhnə - Hadisə
- 29 May 2014 07:08
- 5 124
Gəncədə qanlı insident
AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Miroşniçenko Pavel Andreyyeviç sərxoş vəziyyətdə bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının tarvmatologiya şöbəsinə gətirilib. Xəstəyə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.
AzNews.az