Yük və minik maşınları toqquşdu, ölən var

Sumqayıtda yük və minik maşınları toqquşub, bir nəfər ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 29-da saat 01 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinin ərazisində Gədəbəy rayon sakini Ruslan Həsənovun idarə etdiyi "Shachman" və Mingəçevir şəhər şəhər sakini Gündüz Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
G.Ağayev və sərnişini, həmyerlisi Anar Qasımov xəstəxanaya yerləşdirilmiş, A.Qasımov orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzNews.az