- Köhnə - Hadisə
- 29 May 2014 13:03
- 3 049
Ucar xəstəxanasında vəhşilik: hamilə qadını qəbul etmədilər
Lakin ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik, xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də vəhşicəsinə döyüblər.
Xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara "əcəb edib, döyüblər" deyib və onları kabinetindən qovub.
Hazırda Ucar Rayon Xəstəxanasının qarşısında əməliyyat olunmaq üçün gətirilən ağır xəstənin qohumları ilə xəstəxana mühafizəçiləri arasında qarşıdurma davam edir.
Xəstə hələ də əməliyyat olunmayıb.(avropa.info)